Ten Haq “Mançester Yunayted”in Çempionlar Liqasına vəsiqə şansını dəyərləndirib

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 30-cu turunda “Brentford”la heç-heçədən (1:1) sonra komandasının Çempionlar Liqasına düşmək şansı ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, o, bu suala cavab vermək üçün mövsümün sonuna kimi gözləməyin gərəkli olduğunu bildirib:

“Qarşıda hələ çox matçlar var, amma təbii ki, mövsümün sonuna doğru xallar artır. “Brentford”la matçda üç xal qazanmalı idi, amma birini götürdük. Mövsümün sonuna kimi hər şeyin necə olacağını biləcəyik”.

“Qırmızı şeytanlar” hazırda 48 xalla İngiltərə çempionatının turnir cədvəlində 6-cı yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button