Ten Haq məyus olub
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq onun gələcəyi ilə bağlı hələ qərar verməyən rəhbərliyin hərəkətlərindən məyus olub.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis gələcəyi ilə bağlı qeyri-müəyyənliyin yay transfer dövründə komandaya təsir edə biləcəyindən ehtiyat edir. Ten Haq hesab edir ki, komandadakı hazırkı vəziyyət qarşıdakı mövsümü təhlükə altında qoyur. Ona görə ki, “Mançester Yunayted” yeni gələnləri heyətə cəlb etməklə düzgün hazırlaşmalıdır.
Daha əvvəl bildirilmişdi ki, Ten Haq baş məşqçi postundan uzaqlaşdırıla bilər. “Mançester Yunayted” onun yerinə müxtəlif mütəxəssisləri nəzərdən keçirir, lakin hələlik prioritet namizəd yoxdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin