Ten Haqın yarımmüdafiəçi dərdi
“Mançester Yunayted” yeni yarımmüdafiəçinin transferi ilə bağlı çətinlik yaşayır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Erik ten Haq transfer pəncərəsi bağlanana qədər klubun düşərgəsində yeni yarımmüdafiəçi görmək istəyir.
“Mançester Yunayted”in hədəfləri arasında PSJ-dən Manuel Uqarte və “Bernli”dən Sander Berge kimi futbolçular var. Hər iki klub yarımmüdafiəçisi üçün böyük məbləğdə təzminat istəyir, ona görə də, “Mançester Yunayted” hələ də bu oyunçulardan birini dəvət etməyin məqsədəuyğunluğuna şübhə edir.
“Mançester Yunayted” ötən mövsüm “Fiorentina”dan icarə əsasında komandada çıxış edən yarımmüdafiəçi Sofyan Amrabatı geri qaytara bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin