“Hər transfer pəncərəsində deyirlər ki, 200-ə yaxın futbolçu almaq istəyirik” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubun yay transfer pəncərəsində xeyli sayda futbolçu satacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu xəbərlərin cəfəngiyat olduğunu söyləyib:

“Bu, bir növ zarafatdır. Hər transfer pəncərəsində deyirlər ki, 200-ə yaxın futbolçu almaq istəyirik. Hamısı yalandır. Onlar həm də, “Mançester Yunayted”in demək olar ki, bütün komandanı satacağı haqda qeybət etməyi xoşlayırlar. Bu da tam cəfəngiyatdır”.

“Mançester Yunayted” hazırda Premyer Liqada turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button