
Ten Haq: “İyula qədər heç yerdə çalışmayacam”
“Mançester Yunayted”dən qovulan Erik ten Haq bu hadisədən sonra ilk dəfə kifayət qədər geniş müsahibə verib.
Komanda.az “SEG Sports”-a istinadən xəbər verir ki, jurnalistlər niderlandlı çalışdırıcıdan məşqçiliyə qayıtmağın perspektivləri barədə soruşublar. Xüsusilə, Ten Haqın yaxın keçmişdə uğurla əməkdaşlıq etdiyi Amsterdamın “Ayaks” komandasının “sükanı arxasına” qayıtması ehtimalı ilə maraqlanıblar. Bununla belə, o, aydın şəkildə bildirib ki, bu baş verərsə, yalnız növbəti mövsümdən olacaq:
“İyula qədər heç yerdə çalışmayacam. Hələlik tətildəyəm”.
Ten Haq “Ayaks”ı beş il – 2017-ci ildən 2022-ci ilə kimi çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin