Ten Haq istefaya göndərilə bilər
“Mançester Yunayted” rəhbərliyi komandanın Çempionlar Liqasındakı uğursuzluğuna görə baş məşqçi Erik ten Haqı istefaya göndərə bilər.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” qrup mərhələsindəki 6 turdan sonra cəmi 4 xal toplayıblar və avrokuboklarla vidalaşıblar. Həmçinin, komandanın Premyer Liqada 16 oyundan sonra 27 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşması da rəhbərliyi qane etmir.
Artıq Ten Haqın əvəzləyicisi də müəyyənləşib. Klub ispaniyalı mütəxəssis Xulen Lopeteqinin xidmətində maraqlıdır.
Lopeteqi 2023-cü ilin avqustunda “Vulverhempton”dan ayrılıb və hazırda klubsuzdur.
Ten Haq ötən ilin yayından “Mançester Yunayted”in baş məşqçisidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin