“Ten Haqa daha bir mövsüm verin” – Keçmiş futbolçu
“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill komandanın baş məşqçisi Erik ten Haqın gələcəyindən danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, keçmiş futbolçu hesab edir ki, niderlandlı baş məşqçiyə daha bir mövsüm vaxt verilməlidir:
“Düşünürəm ki, Ten Haq ilə işləməyə davam etməliyik. Ona daha bir mövsüm verin. İnanıram ki, o, özünü sübut edəcək”.
“Qırmızı şeytanlar” Premyer Liqanın 35 turundan sonra 54 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Ten Haqın komandası növbəti oyununu mayın 12-də “Arsenal”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin