“Ten Haq heç vaxt bu kubokları qazana bilməyəcək”

Tanınmış britaniyalı jurnalist Pirs Morqan bu mövsüm “Mançester Yunayted”in perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Morqan sosial şəbəkə hesabındakı paylaşımında bunu yazıb:

“Kriştiano Ronaldo “Mançester Yunayted” ilə üç Premyer Liqa kubokunu və Çempionlar Liqasını qazanıb. Mən 10 min funt-sterlinq mərc edirəm ki, Erik Ten-Haq heç vaxt bu kubokları “qırmızı şeytanlar”ın “sükanı arxasında” qazana bilməyəcək”.

Ten Haqın “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

“Mançester Yunayted” Premyer Liqanın ilk üç turunda 1 qələbə qazanıb və 2 məğlubiyyətlə üzləşib. 3 xalı olan komanda turnir cədvəlinin 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button