Ten Haq həmyerlisini komandasına gətirmək istəyir
“Bayern”in müdafiəçisi Matteys de Liqt İngiltərə Premyer Liqasının top-klubunun hədəfindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət “Mançester Yunayted”dən gedir. Belə ki, komandanın baş məşqçisi Erik ten Haq artıq “Ayaks”da həmyerlisi olan niderlandlı futbolçu ilə birgə çalışıb.
“Qırmızı şeytanlar” “Everton”dan Cerred Brantueyt və “Lill”dən Leni Yoro kimi mərkəz müdafiəçilərini də nəzərdən keçirir.
“Mançester Yunayted” İngiltərə kubokunun finalında qazandığı qələbə sayəsində növbəti mövsümdə Avropa Liqasında çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin