MY 70 milyon avroya müdafiəçi alacaq?

“Mançester Yunayted” “Bayern”in müdafiəçisi Matteys de Liqtin transferini rəsmiləşdirməyə ciddi yanaşır.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, klublar arasında hələlik danışıqlar aparılmayıb. 24 yaşlı niderlandlı futbolçu “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın müdafiədəki əsas hədəfidir.

Daha əvvəl Münhen klubunun futbolçu üçün 70 milyon avro tələb edə biləcəyi bildirilirdi.

De Liqt 2022-ci ilin yayından “Bayern”də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button