“Ten Haq gecikənləri cərimələyir” – Fernandes
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes komandanın yeni baş məşqçisi Erik ten Haqın nizam-intizam, xüsusən də, punktuallığa münasibətini şərh edib.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, baş məşqçinin məşqə, yeməyə gecikənləri cərimələdiyini deyib:
“Bir müddət bizdə nizam-intizam yox idi, indi isə bu, vacibdir. Nizam-intizam təkcə necə oynamağınız, meydanda hansı mövqe tutmağınızla bağlı deyil, həm də, meydandan kənarda baş verənlərlə əlaqədardır.
Görüşlərə, nahara gecikməmək çox vacibdir. Çünki hamı vaxtında gəlibsə, kimsə gecikibsə, cəzasını çəkməlidir. Ten Haq gecikənləri cərimələyir. Mən vaxtında gəlməyi xoşlayıram, ona görə də, bununla bağlı heç bir problem yaşamayacam”.
Fernandes 2020-ci ildən ”Mançester Yunayted”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin