Ten Haq futbolçularının vəziyyətini dəyərləndirdi
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 29-cu turunun “Şeffild Yunayted”lə ev matçı öncəsi futbolçularının səhhətində yaranan problemlər barədə danışıb:
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bəli, Qarnaço ilə problemlərimiz var idi, buna görə də onu oyun zamanı əvəz etdik. Amma düşünürəm ki, o, yaxşı olacaq. Skott Maktomineyin bu gün vəziyyətini dəyərləndirməliyik. Onun iştirakı olduqca şübhəlidir. Markus Reşford da şübhə doğurur. Bruno Fernandesin əlində problem var, amma düşünürəm ki, o, oynaya biləcək”.
Premyer Liqanın 29-cu turunun “Mançester Yunayted” – “Şeffild Yunayted” matçı aprelin 24-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin