Ten Haq: “Ötən il məşqçilik karyeramın ən çətini oldu”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq 2023/24 mövsümü haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı işini bitirdikdən sonra məzuniyyətə getdiyini bildirib:

“İşimi bitirdikdən sonra məzuniyyətə getdim. Yeni mövsüm üçün son hazırlıqları tamamladıq. Deyə bilərəm ki, ötən il məşqçilik karyeramın ən çətini oldu. Futbolçular da, azarkeşlər də məyus oldular”.

“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının ötən mövsümünü turnir cədvəlində 8-ci yerdə başa vurub. Ten Haqın yetirmələri Premyer Liqadakı uğursuzluğu İngiltərə kubokunda qazandıqları qələbə ilə bir az da olsa, rəngləndirə biliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button