Ten Haqın çox razı qaldığı futbolçu
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yarımmüdafiəçi Kristian Eriksenin cari mövsümdəki çıxışından razı qalıb.
Komanda.az xəbər verir ki, niderlandlı çalışdırıcı mətbuat konfransında 32 yaşlı futbolçunun bu mövsüm yaxşı çıxış etdiyini bildirib:
“Kristian son vaxtlar Kobbi Mainu ilə əla işləyir. O, bu mövsüm yaxşı çıxış edir və bizim üçün vacibdir. Yaradıcıdır, yığcam, sakit hərəkət edir. Mən onun performansından çox razıyam”.
Danimarkalı futbolçu yayda çoxsaylı söz-söhbətlərə baxmayaraq, “qırmızı şeytanlar”ı tərk etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin