Klubundan ayrılmaq fikrində deyil – “Qalatasaray”ın hədəfindəki futbolçu

Leverkuzen “Bayer”nin yarımmüdafiəçisi Qranit Caka komandasını tərk etmək fikrində deyil.

Komanda.az “Sky Sport Germany”-yə istinadən xəbər verir ki, ispaniyalı baş məşqçi Xabi Alonsonun “Real”a getməsinə baxmayaraq, Cakanın klubla münasibətləri yaxşı olaraq qalır.

Transfer yalnız almaniyalı futbolçunun yüksək təklif alacağı halda nəzərə alınacaq. Hazırda onun xidmətində iki klub – “Milan” və “Qalatasaray” maraqlıdır.

“Bayer”in yeni baş məşqçisi Erik ten Haq Cakanı komandada saxlamaq istəyir. Niderlandlı mütəxəssis niyyətini başa düşmək üçün onunla danışıqlar aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button