Keçmiş futbolçu “Mançester Yunayted”ə səsləndi: “Ten Haqı qovun!”

“Mançester Yunayted”in keçmiş hücumçusu Maykl Ouen klub rəhbərliyini baş məşqçi Erik ten Haqı tez bir zamanda istefaya göndərməyə çağırıb.

Komanda.az “Football Tweet”-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, sabiq klubunun tez qərar verməli olduğunu bildirib:

“Mançester Yunayted”in Ten Haqla bağlı qərar vermə vaxtıdır, qalan matçlarda onlar məhv olacaq. “Mançester Siti” onları İngiltərə kubokunun finalında, “Arsenal” isə “Old Trafford”da darmadağın edəcək. Düşünürəm ki, onlar “Nyukasl”a da uduzacaqlar. “Brayton”u məğlub edəcəklərinə belə, inanmıram. Mən çoxdan demişəm ki, Ten Haq bu iş üçün yanlış adamdır. O, növbəti mövsümdə “Mançester Yunayted”i çalışdıra bilməz”.

MY dünən “Kristal Pelas”a 0:4 hesabı ilə uduzub. Komanda Premyer Liqanın turnir cədvəlində 8-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button