
Ten Haqdan “Bayer”in çempionluq şansı haqda açıqlama
Leverkuzen “Bayer”inin yeni baş məşqçisi Erik ten Haq Almaniya Bundesliqasında çempionluq şansları barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı mövsümün hədəfləri ilə bağlı ehtiyatlı danışıb. O bildirib ki, rəqiblərin və öz komandasının gücünü hələ tam qiymətləndirmək mümkün deyil:
“Hələ çox erkəndir, gələn həftələrdə və aylarda vəziyyətin necə olacağını görməliyik. Sonra daha ətraflı danışa bilərik”.
“Bayer” Ten Haqın rəhbərliyi altında ilk yoxlama oyununda “Flamenqo”nun gənclər komandası ilə qarşılaşıb və 1:5 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin