
Ten Haq Almaniya klubunun təklifini qəbul edib
“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq Leverkuzen “Bayer”inin təklifini qəbul edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis “Bayer”in layihəsinə razılıq verib və klubla 2 illik müqavilə imzalamağa hazırdır.
Ten Haq hazırda klub rəhbərliyinin yekun qərarını gözləyir. Çünki rəhbərlik Xabi Alonsonun ayrılmasından sonra bir neçə namizədlə danışıqlar aparıb.
Ten Haqın özü Leverkuzen klubuna üstünlük verir, baxmayaraq ki, onun sabiq komandası “Ayaks” da vəziyyətin inkişafını izləyir və prosesdə maraqlıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin