Ten Haq 18 yaşlı futbolçu haqda: “O, əladır”
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın yarımmüdafiəçisi Kobbi Mainudan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 18 yaşlı ingilis futbolçu haqda bunları deyib:
“Liqa kuboku bitdikdən sonra mən Mainuya dedim: “Sənin günün gələcək. Biz birlikdə kuboklar qazanmaq niyyətində olduğumuz səyahətə çıxırıq”. O, əladır. Mainu qazanmaq üçün hər gün əlindən gələni etmək istəyir. Çünki o, inkişaf etmək istəyir”.
Mainu bu mövsüm “Mançester Yunayted”də debüt edib. O, “qırmızı şeytanlar”ın əsas komandasında bütün turnirlərdə 23 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin