
Murad Musayev “Sabah”dan gedir? – Açıqlama
“Sabah”ın yay toplanışı istiqamətində iş gedir. Hələ ki, toplanışın harada keçiriləcəyi tam dəqiqləşməyib. Bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Bu sözləri Komanda.az-a açıqlamasında “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov söyləyib. O, baş məşqçi Murad Musayevin klubdan ayrılma ehtimalının olub-olmamasına da aydınlıq gətirib:
“Murad Musayevin klubdan ayrılma ehtimalı yoxdur. Onun klubla müqaviləsinin vaxtı bitməyib”.
“Sabah”ın “Sumqayıt”ın üzvü Tellur Mütəllimovla anlaşdığı ilə bağlı xəbərlər var. Klub rəsmisi bu barədə bunları dedi:
“2021/22-ci il mövsümü hələ ki, yeni başa çatıb. Anlaşma əldə edilən oyunçularla bağlı mütəmadi olaraq rəsmi saytımız vasitəsilə məlumat veriləcək”.
“Sabah” Premyer Liqada son mövsümü 41 xalla 5-ci pillədə başa vurub.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin