Tedeskonun qovulması belçikalılara baha başa gələcək

Belçika milli komandası UEFA Millətlər Liqasında uğurlu çıxış etməyib. Komanda Fransanın (13 xal), İtaliyanın (13 xal) və İsrailin (4 xal) olduğu qrupda cəmi dörd xal toplayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü İsrailə 0:1 hesabı ilə məğlub olduqdan sonra mətbuat və azarkeşlər komandanın baş məşqçisi Domeniko Tedesko ilə yolların ayrılmasını müzakirə etməyə başlayıblar.

Bununla belə, Tedesko ilə müqaviləni pozmaq Belçika Futbol Federasiyası üçün maliyyə baxımından çətin olacaq. Baş məşqçi ilə yollar ayrılarsa, federasiya ona 750 min avro və məşqçi heyətinin beş üzvünə təzminat ödəməli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button