“Rəqib çox güclü idi” – “Fənərbaxça”nın baş məşqçisi

“Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasının 3-cü turunda “Ştutqart” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında rəqibin çox güclü olduğunu bildirib:

“Bu, ağır oyun idi və rəqib çox güclü idi. “Ştutqart” hazırda Bundesliqada üçüncü yerdədir və niyə orada olduqlarını göstərdilər. Keçən mövsüm Almaniya kubokunu qazanan çox güclü komandadır. Buna görə, evdə üç xal qazandığımız üçün çox şadıq”.

Qarşılaşma dünən baş tutub və oyundakı yeganə qolu “Fənərbaxça”nın futbolçusu Kərəm Aktürkoğlu ilk hissədə penaltidən vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button