La Liqanın prezidenti təəccüblənib – “Real”ın futbolçusuna görə
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın hücumçusu Vinisius Junior haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, braziliyalının bir gün “qızıl top” mükafatını qazanacağına inandığını deyib:
“İki il öncə “Burger King”in baş direktoru ilə sponsorluq müqaviləsi bağlayanda nə danışdığımızı xatırlayıram. “Məncə, Vinisius gələcəyin ulduzudur” fikrini səsləndirəndə tənqidə məruz qaldım. Düşünürəm ki, o, dünyanın ən yaxşı 3-4 futbolçusundan biridir.
Vinisiusun “qızıl top”a namizədlər arasında yer almaması məni təəccübləndirib. Məncə, o, bir gün həmin mükafata sahib çıxacaq”.
Xatırladaq ki, “qızıl top” mükafatını qazanan sonuncu braziliyalı futbolçu Kakadır (2007).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin