“Bu sistemdə bəzi səhvlər var” – La Liqanın prezidenti
La Liqanın prezidenti Xavyer Tebas İspaniya çempionatında avtomatik qol aşkarlama sistemindən istifadə edilməməsi ilə bağlı yaranmış vəziyyəti şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas illərdir qol xətti kamerasından istifadə etdiklərini söyləyib:
“Biz uzun illərdir qol xətti kamerasından istifadə edirik. Bu, iqtisadi problem deyil, icra məsələsidir. Bu sistemdə bəzi səhvlər var, o mükəmməl deyil və biz onu inteqrasiya etməyi planlaşdırmırıq”.
Xatırladaq ki, bir müddət əvvəl “Selta”nın baş məşqçisi Rafael Benites İspaniya çempionatında avtomatik qol aşkarlama sistemindən istifadə edilməməsini tənqid etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin