
Tçuameni Zidanın “rekord”unu təkrarladı
“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni Fransa millisinin heyətində xoşagəlməz rekorda imza atıb.
25 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya qarşı oyunda birbaşa qırmızı vərəqə alıb. O, matçın 68-ci dəqiqəsində meydandan qovulub. Buna baxmayaraq, komandası azlıqda qalmasına rəğmən, 2:1 hesablı qələbəni qoruyub.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, Tçuameni Fransa millisində indiyədək iki qırmızı vərəqə alan ikinci futbolçu olub.
Bu göstəriciyə sonuncu dəfə Zinəddin Zidan “nail olmuşdu”. Zidan 1998 və 2006-cı illərdə meydandan qovulmuşdu.
Tçuameninin ilk qırmızı vərəqəsi ötən il Belçika millisinə qarşı keçirilən oyunda qeydə alınıb. O, bu günə qədər Fransa millisində 43 oyunda 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin



