“Real”dan ayrılmaq istəmir – Adı “Liverpul”la hallanan futbolçu

“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni yaxın gələcəkdə komandasını tərk etməkdə maraqlı deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bütün diqqətini yalnız “kral klubu”nda oynamağa cəmləyib.

Tçuameninin adı 2022-ci ildə “Monako”dan “Real” keçməzdən əvvəl onu almağa çalışan “Liverpul”la yanaşı hallanırdı. Bununla belə, o, hazırda Madrid klubunu tərk etməkdə maraqlı deyil.

24 yaşlı yarımmüdafiəçi daha da inkişaf etmək və uzun illər “Real”ın əsas komandasında qalmaq istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button