“Tata Steel İndia”: “Şah” sonuncu görüşlərinə çıxır

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel İndia” rapid turnirində bu gün növbəti görüşlərini keçirəcək.

Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın sonuncu günü 7-ci turda hindistanlı Nihal Sarinlə, 8-ci və 9-cu turlarda müvafiq olaraq özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Santoş Viditlə qarşılaşacaq.

Şəhriyar Məmmədyarov hazırda 3,5 xalla üçüncü pillədə qərarlaşıb

Turnirin qalibi 10 min dollar qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button