“Tata Steel İndia”: “Şah” növbəti görüşlərini keçirəcək

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu gün Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində növbəti görüşlərini keçirəcək.

Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 4-cü turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə, 5-ci və 6-cı turlarda müvafiq olaraq iranlı Parham Maqsudlu və hindistanlı Arcun Eriqaisi ilə qarşılaşacaq.

Şahmatçımız əvvəlki üç görüşdə qələbə qazanıb və hazırda üç xalla 10 şahmatçı arasında liderdir.

Qalibin 10 min dollar qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button