“Taşkının istedadına güvənirik”
Türkiyənin “Manisa” klubunun futbol şöbəsinin müdiri Ərdəm Özkan Azərbaycan millisinin üzvü Sərtan Taşkının transferi ilə bağlı fikirləri bölüşüb.
Komanda.az 1-ci liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun təqdimat mərasimində çıxış edən klub rəsmisi Sertana güvəndiklərini bildirib:
“Sertan Taşkın Azərbaycan Premyer Liqasının diqqət çəkən futbolçularından biridir. O, Azərbaycan millisinin formasını geyinmiş oyunçudur. Burada özünü inkişaf etdirərək, daha yaxşı yerlərə yüksələcək. Onun istedadına güvənirik. Keçidin həm futbolçuya, həm də klubumuza xeyirli olmasını arzulayıram”.
“Turan Tovuz”dan “Manisa”ya keçən Sərtan Taşkın yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb. “Keşlə”, “Sumqayıt” və “Zirə”də çıxış edən 26 yaşlı futbolçu Azərbaycanın U-21 və əsas millilərində də oynayıb.
Bizi Facebook-da izləyin