
“Tarixin ən yaxşısı kimi Messini görürəm” – Sabiq futbolçu
“Barselona”nın və İngiltərə millisinin sabiq oyunçusu Qari Lineker bütün zamanların ən yaxşı futbolçusunun adını açıqlayıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, o, seçimində argentinalı forvard Lionel Messiyə üstünlük verib:
“Kriştiano Ronaldo və Messi rəqabətləri dövründə çox şeyə nail oldular. Mən tarixin ən yaxşısı kimi Messini görürəm. O, hər şeyi qazanıb və hələ də meydanda fantastik şeylər edir. Amma Ronaldo da böyük futbolçudur, əla bombardirdir”.
38 yaşlı Messi hazırda MLS-də “İnter Mayami”nin formasını geyinir. O, cari mövsümdə 31 oyuna çıxıb, 34 qol vurub və 17 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



