121 milyon avroluq futbolçu iki top-klubun hədəfindədir
Enzo Fernandes “Çelsi”nin əsas heyətində yerini itirib.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, dəyişən vəziyyəti nəzərə alan argentinalı yarımmüdafiəçi komandanı tərk edə bilər.
23 yaşlı futbolçu ilə “Barselona” və “İnter” maraqlanır. Potensial transferlə bağlı problem maliyyə ola bilər. “Çelsi” Fernandes üçün xərclənən vəsaitin əhəmiyyətli hissəsini geri qaytarmağa üstünlük verəcək. 2023-cü ilin əvvəlində londonlular onun üçün 121 milyon avro ödəyiblər.
Fernandes tarixin ən bahalı yarımmüdafiəçisidir. O, 2022-ci ilin sonunda Argentina millisi ilə dünya kubokunu qazanmışdı. Həmçinin, Fernandes həmin turnirin ən yaxşı gənc oyunçusu kimi də tanınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin