
La Liqanın prezidenti də “Messi” dedi
La Liqanın prezidenti Xavyer Tebas İspaniyada oynamış bütün zamanların ən yaxşı futbolçusu ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Lionel Messini adını çəkib:
“La Liqada oynamış ən yaxşı oyunçu? Lionel Messi. Tarixin ən yaxşı oyunçusu? Lionel Messi”.
Messi 2004-2021-ci illərdə “Barselona”nın heyətində çıxış edib. O, Kataloniya klubunda 520 oyunda 474 qol vurub. Argentinalı futbolçu hazırda MLS-də – “İnter Mayami”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin