“Tarixi çox böyük olan kluba keçdim” – Origi

Belçikalı hücumçu Divok Origi “Liverpul”dan “Milan”a keçidindən danışıb.

Komanda.az Milan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, yeni komandasında özünü evindəki kimi hiss etdiyini deyib:

“Bura gələndə özümü evdəki kimi hiss etdim. Tarixi çox böyük olan kluba keçdim. Hisslər heyrətamizdir. Ümid edirəm ki, qol və məhsuldar ötürmələrlə komandaya kömək edə biləcəm. A Seriyası dünyanın ən yaxşı liqalarından biridir. Ötən mövsüm burada çox rəqabət oldu. Bura insanların futbolla yaşadığı və azarkeşlərin klubun tarixini bildiyi yerdir. Komandadan çox böyük futbolçular keçib”.

27 yaşlı hücumçunun son klubu “Liverpul” olub. O, “Milan”a azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button