
“Bu, Norveç futbolu üçün qürur anıdır” – FİFA prezidenti
FİFA prezidenti Canni İnfantino Norveç yığmasının DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmasını şərh edib.
Komanda.az TV2-yə istinadən xəbər verir ki, o, uzun fasilədən sonra mundiala dönüşün Norveç futbolu üçün qürurverici hadisə olduğunu bildirib:
“Uzun müddətdən sonra Norveç yenidən dünya çempionatına qayıdır. Bu, Norveç futbolu üçün qürur anıdır. Bu uğurun dadını çıxarın və tarixdə iz qoymağa hazır olun. Mundialda Norveç bayrağını görməyi səbirsizliklə gözləyirik”.
Norveç millisi seçmə mərhələnin son oyununda səfərdə İtaliya üzərində 4:1 hesablı qələbə qazanıb. Skandinaviyalılar dünya çempionatına sonuncu dəfə 1998-ci ildə vəsiqə əldə etmişdilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



