
İlk: Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb
Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Bu barədə Komanda.az-a AFFA-dan məlumat verilib.
FİFA referisi Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək AÇ-2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq.
Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.
Qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



