Luis Enrike: “Daha yaxşı olmaq üçün daha çox çalışmaq istəyirəm”
PSJ-nin baş məşqçisi Luis Enrike klubu ilə müqavilə müddətinin 2027-ci ilə qədər uzadılmasına münasibət bildirib və UEFA Çempionlar Liqasındakı iddialarından danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bunu son dərəcə müsbət qiymətləndirdiyini bildirib:
“Müqavilənin 2027-ci ilə qədər uzadılması? Mən bunu son dərəcə müsbət qiymətləndirirəm. Bura il yarım əvvəl gəlmişəm, ilk gündən klubun bütün inamını və bizə verilən bütün resursları hiss etdim. Məşqçi kimi mənə gəlincə, daha yaxşı olmaq üçün daha çox çalışmaq və tarix yazan birinci olacağımızı təsəvvür etmək istəyirəm. Bu, mənim və heyətimin məqsədidir. Baxaq, buna nail ola biləcəyikmi?”
Enrike 2023-cü ilin yayında PSJ-nin baş məşqçisi vəzifəsinə keçib. Komanda onun rəhbərliyi altında bu müddətdə iki dəfə Fransa çempionluğunu və kubokunu, həmçinin ölkə superkubokunu qazanıb.
Bizi Facebook-da izləyin