İranlı hücumçunun gələcəyi qeyri-müəyyəndir

İranlı hücumçu Mehdi Taremi yay transfer dönəmində digər klublardan ciddi təkliflər alsa da, “İnter”in mövsümöncəsi hazırlıq prosesinə qoşulacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.

Taremi ötən həftəsonu keçirilən məşqlərdə iştirak etməyib. Buna səbəb isə onun İranı vaxtında tərk edə bilməməsi olub. Belə ki, İran və İsrail arasındakı gərginlik 33 yaşlı futbolçu üçün ciddi stress mənbəyinə çevrilib. “İnter” rəhbərliyi iranlı forvarda əlavə bir neçə gün istirahət verib. Bununla belə, o, klubun yeni mövsüm planlarına daxil edilmir.

Taremi formada qalmaq üçün komandanın təlim-məşq toplanışında iştirak edəcək və avqustda yeni klub axtarışını davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button