
Berbatovu başqa kluba keçməsi üçün oğurlamaq istəyiblər
Bolqarıstan millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Dimitar Berbatov gənclik illərində yaşadığı şok hadisəni açıqlayıb. 18 yaşında olarkən onu başqa kluba keçməyə məcbur etmək üçün oğurlamaq istəyiblər.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, o, həmin anları belə xatırlayıb:
“18 yaşım var idi, Sofiyanın ÇSKA klubu ilə müqavilə imzalamışdım, amma maşınım yox idi. Komandadan bir nəfər məni evə aparmağı təklif etdi. Razılaşdım, amma o, məni bir restorana apardı. Orada üç iri cüssəli adam məni gözləyirdi. Dedilər ki, mən onların istədiyi kluba keçməliyəm. Müqaviləmin ÇSKA ilə olduğunu deyəndə isə cavab verdilər ki, bu məsələ artıq “həll olunub”. Xoşbəxtlikdən, atama zəng edə bildim və o, gəlib məni xilas etdi”.
Berbatov futbolçu karyerası ərzində “Tottenhem” və “Mançester Yunayted” kimi klublarda çıxış edib.
Bizi Facebook-da izləyin



