Keçmiş futbolçu Ten Haqı müdafiə etdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq mövsümə uğursuz başladıqdan sonra tənqidlərlə üzləşib.

Komanda.az “BetMGM”-ə istinadən xəbər verir ki, tanınmış keçmiş futbolçu Emmanuel Peti bu məsələyə münasibət bildirib:

“Komandanın futbolçuları nəticələrə görə məsuliyyəti baş məşqçi ilə bölüşməlidirlər. Mən Erik ten Haqın ünvanına edilən bütün tənqidlərlə razılaşmıram. Futbolçulara baxıram və düşünürəm ki, onlar məşqçinin arxasında gizləniblər. Bu, mənim xoşuma gəlmir. Biz statuslu oyunçular haqqında danışırıq və onlar irəli addımlamaq, komanda üçün işləmək əvəzinə Ten Haqın arxasında gizlənirlər”.

 “Mançester Yunayted” növbəti matçını sentyabrın 21-də “Kristal Pelas”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button