Tanınmış şərhçi koronavirusa yoluxduğunu açıqladı
Tanınmış rusiyalı jurnalist, televiziya aparıcısı və şərhçi Vasili Utkin koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Utkin özünün “tvitter” səhifəsində yazıb:
“Cənablar, mən də “Kovidiya klubu”na daxil oldum. Xəstəlik azad söz kimi simptomsuz gəlir”.
49 yaşlı Utkin hazırda həvəskarlardan ibarət “Eqrisi” futbol klubunun sahibidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin