
Vinisius haqda sənədli film çəkilib
“Netflix” platforması növbəti layihəsini təqdim etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə sənədli film “Real”ın hücumçusu Vinisius Juniora həsr olunub.
“Baila, Vini” (“Rəqs et, Vini”) adlı film 15 may tarixində yayımlanacaq. Layihə Vinisiusun həyat və karyerasını daha yaxından tanıtmaq məqsədi daşıyır.
Filmdə “Real”ın həm keçmiş, həm də hazırkı futbolçuları – Kərim Benzema, Toni Kroos və Çud Bellingem də iştirak ediblər. Ekran işində futbolçunun tez-tez qarşılaşdığı irqçilik mövzusu da xüsusi yer alacaq. Bu məsələ zaman-zaman onun futbol bacarığından daha çox müzakirə olunur.
Braziliyalı oyunçu 2019-cu ildən “Real”ın heyətində çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



