Tanınmış mütəxəssisdən FİFA-ya maraqlı təklif

Tanınmış niderlandlı mütəxəssis Qus Hiddink futbol vasitəsilə sülhə çağırış edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, FİFA-ya xüsusi turnir keçirməyi təklif edib.

Onun sözlərinə görə, yarışda ABŞ, Ukrayna, Rusiya və Avropa yığması iştirak etməlidir:

“Qalib kim olacaq, bunun əhəmiyyəti yoxdur. Dünyanın ehtiyacı olan əsas şey Rusiya – Ukrayna münaqişəsinin bitməsidir. Futbol burada mühüm rol oynaya bilər. Turnir zamanı və ondan sonra bütün tərəflər silahı kənara qoymalıdır. Bu, birinci dünya müharibəsində olduğu kimi ola bilər. O vaxt müttəfiq əsgərlər və almanlar yeni il ərəfəsində birlikdə futbol oynadılar”.

Hiddink bildirib ki, belə bir təşəbbüs sülh prosesinə ciddi töhfə verə bilər.

Rusiya artıq uzun zamandır ki, Ukraynaya işğalçı hücumlarıni davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button