Tanınmış model Yamalla münasibətinə aydınlıq gətirdi – FOTO

29 yaşlı ipaniyalı model Fati Vaskes “Barselona”nın futbolçusu Lamin Yamalla romantik münasibətləri olduğu barədə yayılan xəbərləri təkzib edib.

Onlar bir müddət əvvəl İtaliyada birlikdə dincələrkən görüntülənmiş və su motosikletində əylənərkən fotoları yayılmışdı. Sosial şəbəkədə yayılan bu görüntülərdən sonra cütlük arasında münasibət olduğu iddiaları ortaya atılmışdı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fati Vaskes bu iddialara münasibət bildirib:

“Aydın şəkildə bildirmək istəyirəm ki, bu hadisədə mənim heç bir maliyyə marağım olmayıb və olmayacaq da. Mən 18 yaşından bəri müstəqil qadınam.

Artıq 10 ildən çoxdur ki, sosial şəbəkədə kontent yaradıcısı kimi çalışıram. Bu, Yamal ictimaiyyətə tanınmamışdan çox əvvəl başlamış bir karyeradır. Mənim işim sabit, peşəkar və tam müstəqildir.

Orada olduğum müddətdə öyrəndim ki, məndən əvvəl başqa bir qız da olub və biz bir neçə saat ərzində heç görüşə bilməmişik. Bu məlumat məni də təəccübləndirdi. Bu cür vəziyyətdə olan hər kəs kimi.

Deyilir ki, guya Yamal tanınmış biri olmasaydı, mən ona diqqət yetirməzdim. Amma eyni qaydada demək olar ki, mən də bu qədər tanınmış olmasaydım, o da mənə diqqət yetirməzdi”.

Yamal da modellə arasında hansısa romantik maraq olmadığını bildirib. O, Vaskesdən 12 yaş kiçikdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button