
Tanınmış məşqçi Səudiyyə Ərəbistanı klubu ilə yeni müqavilə bağlayıb
Jorje Jesus “Əl-Hilal” klubu ilə yeni müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb.
69 yaşlı portuqaliyalı mütəxəssisin “Əl-Hilal”la yeni müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
“Əl-Hilal” portuqaliyalı məşqçinin rəhbərliyi altında cari mövsümdə Səudiyyə Ərəbistanı çempionu olub.
Jesus Avropada Portuqaliya klublarındakı işi ilə tanınır. O, “Benfika”, “Sportinq” kimi komandalara rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin