
Tanınmış jurnalist Kloppu “axmaq” adlandırdı
Britaniyalı jurnalist Pirs Morqan İngiltərə kubokunun 1/4 finalında “Mançester Yunayted”lə oyundan (3:4) sonra “Liverpul”un baş məşqçisi Yurgen Kloppu tənqid edib.
Komanda.az xəbər verir ki, tanınmış jurnalist bu barədə “tvitter” hesabında paylaşım edib.
Almaniyalı mütəxəssis mətbuat konfransında müxbirlərdən birinə “Buyurun, açıq-aydın ən yaxşı formada deyilsiz, sizin üçün kifayət qədər əsəblərim yoxdur” deyib.
Morqan bu sözlərinə görə Kloppu tənqid edib:
“Klopp dəhşətli dərəcədə həssas bir axmaqdır və uduzandır”.
“Mançester Yunayted” turnirin yarımfinalında “Koventri” ilə qarşılaşacaq. Yarımfinal oyunları aprelin 20 və 21-də keçiriləcək. Final mayın 25-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin