Tanınmış hücumçu Yunanıstan klubundan təklif alıb
“Mançester Yunayted”in sabiq hücumçusu Antoni Marsial hələ də özünə yeni klub tapmayıb.
Komanda.az “Sport24”-ə istinadən xəbər verir ki, ötən mövsümün sonunda “qırmızı şeytanlar”dan ayrılan fransalı futbolçu Yunanıstanın AEK klubundan sərfəli təklif alıb.
28 yaşlı forvardın bu yaxınlarda Fransanın “Lill” klubuna mümkün transferi haqda xəbərlər yayılmışdı.
Marsial 2015-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, komandanın heyətində bütün turnirlərdə 317 oyun keçirib, 90 qol vurub və 47 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin