Balotellinin 2 “elçi”si var
Mario Balotelli Qətərə və ya Birləşmiş Ərəb Əmirliklərinə gedə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu ilə iki klub maraqlanır. Söhbət “Əl-Əhli” (Qətər) və “Əl-Əyn”dən (BƏƏ) gedir.
Balotelli hazırda azad agentdir. 34 yaşlı hücumçunun son komandası Türkiyənin “Adana Dəmirspor” klubu olub. Onun bazar dəyəri 650 min avro qiymətləndirilir.
İtaliyalı forvard ötən mövsüm Türkiyə Super Liqasında 16 oyun keçirib, 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin