Keçmiş hücumçudan Ten Haqa məsləhət

“Mançester Yunayted”in sabiq hücumçusu Dimitar Berbatov komandanın baş məşqçisi Erik ten Haqa məsləhətlər verib.

Komanda.az “Futbin”-ə istinadən xəbər verir ki, bolqarıstanlı keçmiş futbolçu “Mançester Yunayted”in müdafiə xətalarını düzəltməli olduğunu bildirib:

“Biz asan qol buraxmağı dayandırmalıyıq. Ümumiyyətlə, qapını “bağlı saxlamaq” daha yaxşıdır. “Mançester Yunayted” müdafiə xətalarını düzəltməlidir. Bu, indi ən vacib məsələdir, çünki komanda ötən mövsüm çox şey əldən verdi. Biz bütövlükdə komanda olaraq müdafiə olunmağı öyrənməliyik”.

Ten Haqın komandası İngiltərə Premyer Liqasında ötən mövsüm turnir cədvəlini 8-ci yerdə başa vurub. “Qırmızı şeytanlar” ötən mövsümdə ölkə çempionatında 38 oyunda 58 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button