Keçmiş futbolçu “Liverpul”un baş məşqçisi haqda: “Onun ən böyük fanatıyam”

Sabiq futbolçu Rafael van der Vart “Liverpul”un uğurlu startına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderland millisinin keçmiş futbolçusu, Arne Slotun məşqçilik uğurlarını uzun müddətdir izlədiyini söyləyib:

“O, “Feyenoord”a rəhbərlik edərkən yaratdığı oyunu görməkdən çox həzz alırdı. İndi İngiltərə klubunun azarkeşləri onun əməyinin bəhrəsini görürlər. “Liverpul”a gəlməmişdən əvvəl bir çox insan Slot haqqında çox şey bilmirdi, amma mən çoxdandır ki, onun ən böyük fanatıyam.

“Feyenoord”un oynadığı futbol inanılmaz idi. Mən İngiltərədə çox az adamın haqqında eşitdiyi bir məşqçi ilə anlaşmaq qərarına görə “Liverpul”u tərifləyə bilərəm. Slot bir çox oyunçu ilə tez əlaqə qura bildi və o, çox erkən onlardan keyfiyyətli oyun aldı. Bu, onun nə qədər yaxşı məşqçi olduğunu göstərir”.

Arne Slot bu ilin yayından etibarən Mersisayd komandasına rəhbərlik edir. Slotun komandası 3 turdan sonra 9 xalla Premyer Liqanın turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Liverpul” növbəti turda “Nottingem Forest”i qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button