
Sabiq futbolçu Yamal haqda: “Belə oyunçular 10 ildə bir dəfə ortaya çıxır”
İspaniyanın tanınmış sabiq futbolçusu David Vilya “Barselona”nın hücumçusu Lamin Yamal haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Yamalın gözləniləndən daha tez uğur qazandığını bildirib:
“Bu uşağın inanılmaz istedadı var və o, gözləniləndən daha tez uğur qazandı. Biz şanslıyıq ki, onun oyunundan mütəmadi zövq ala bilirik. O, bizə hələ çox sevinc gətirəcək. Cəmi 18 yaşı var, böyük iddiaları mövcuddur. Amma düşünürəm ki, səbrli olmaq lazımdır. İstəyirəm ki, ona kömək etsinlər, istiqamət versinlər, dəstək olsunlar. Çünki söhbət xüsusi bir istedaddan gedir – belə oyunçular 10 ildə bir dəfə ortaya çıxır”.
18 yaşlı vinger ötən mövsümdəki uğurlu çıxışından sonra artıq “qızıl top”a namizədlərdən biri hesab olunur.
Bizi Facebook-da izləyin



